
Xətai rayonunda bədbəxt hadisə baş verib
Avqustun 24-də Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. Xətai rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, 98 saylı orta məktəbin həyətində idman edən 8 yaşlı Fərid Orucov turnik alətində dartınan zaman yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onu xəstəxanaya yerləşdirsələr də, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
İdman sağlamlığın rəhnidir. Buna baxmayaraq idman edərkən də sağlamlığı qorumaq lazımdır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər