Hindistan təyyarəsi Bakıda məcburi eniş etdi

Hindistan təyyarəsi Bakıda məcburi eniş etdi

11 İyul 2016 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

"Air İndia" aviaşirkətinə məxsus London-Mumbay marşrutu üzrə reys həyata keçirən təyyarə ötən gün gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Bunu Trend-ə hava limanından deyiblər.

Qeyd ediblər ki, göyərtəsində 206 sərnişin olan təyyarə texniki səbəblərə görə saat 22:00 radələrində Bakı aeroportuna uğurlu eniş edib.

"Air İndia" sərnişinləri Mumbaya çatdırmaq üçün Bakıya digər təyyarə göndərib. Həmin təyyarə yerli vaxtla saat 14:37-də bütün sərnişinlərlə birlikdə Bakıdan havaya qalxıb.

Mediainfo.az