Pirşağıda intihar

Pirşağıda intihar

11 İyul 2016 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Pirşağı qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Bağlar massivindəki yeni tikilidə yaşayan 1946-cı il təvəllüdlü İsgəndər Nağıyev yaşadığı evin həyətində çardaqdan özünü iplə asaraq intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Mediainfo.az