Eşşək arılarının qonağa qarşı "eşşəkliyi" - LƏNKƏRANDA

Eşşək arılarının qonağa qarşı "eşşəkliyi" - LƏNKƏRANDA

11 İyul 2016 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəran rayonunun Seydəkəran kəndinə qonaq gələn Cəlilabadın Qarazəncir kənd sakini, 25 yaşlı Kamal Mirzəbala oğlu Həsənov eşşək arılarının hücumuna məruz qalıb. Bədəninin ayrı-ayrı yerlərində səpmələr əmələ gələn zərərçəkmişə müvafiq yardım göstərilsə də, vəziyyəti normallaşmayıb. Kamal Həsənovun vəziyyətinin getdikcə ağırlaşdığını görən ev sahibləri onu Lənkəran MRX-a çatdırıblar. Reanimasiya şöbəsinə yerləşdirilən xəstə həkim nəzarətinə götürülüb, hazırda vəziyyəti orta-ağırdır.

Mediainfo.az