Tovuzda evdən qaçan gəlin tapıldı

Tovuzda evdən qaçan gəlin tapıldı

11 İyul 2016 13:07
362
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində müəmmalı şəkildə itkin düşən və 25 gündən sonra tapılan 27 yaşlı Aytəkin Quliyevanın evdən qaçmasının səbəbləri məlum olub.

Tovuz rayon Prokurorluğunun müstəntiqi Namiq Ələkbərov Trend-ə açıqlamasında bildirib ki, iki uşaq anası ailədə yaranmış münaqişəyə görə evdən qaçıb: " Aytəkin Quliyevanın dediyinə görə qayınatası ilə aralarında dəfələrlə münaqişə olurmuş.

İyunun 14-də tərəflər arasında yenidən münaqişə yaranıb və Aytəkin evdən çıxıb Bakıya gəlib. Dediyinə görə, o 20 gün Bakının Binəqədi rayonu ərazisindəki parkda gecələyib. 20 gündən sonra Binəqədidə mağazalardan birində satıcı kimi işə düzəlib. İyulun 8-də isə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Aytəkin Quliyeva tapılaraq ailəsinə deyil, valideynlərinə təhvil verilib".

Xatırladaq ki, iyunun 14-də evdən çıxmış Tovuz rayonunun Öysüzlü kənd sakini, iki uşaq anası 27 yaşlı A.Quliyeva geri qayıtmamışdı.

Mediainfo.az