Səməd Seyidovun rektorluq etdiyi universitetdə kobud səhvlər aşkarlanıb!

Səməd Seyidovun rektorluq etdiyi universitetdə kobud səhvlər aşkarlanıb!

11 İyul 2016 11:14
Bəyəndim (0) Bəyənmədim (0)
Təhsil Nazirliyindən açıqlama tələb olunur

Azərbaycan Dillər Universitetinin adının çəkilməsini istəməyən bir qrup müəllimi tərəfindən moderator.az-a ilginc məlumat daxil olub

Məktubda qeyd edilənlərin həqiqəti əks etdiridi sübuta yetirilsə doğrudan da tufan qopacağını bəri başdan iddia etmək olar:

"Bu ali məktəbdə "Neft və qaz yataqlarının geologiyası və axtarışı" ixtisası üzrə ali təhsili olan, "VVAQ" müdiri olan şəxslər kafedra müdiri təyin olunublar. Universitetin müəllimlərinin 70 faizi 0,5 şatat vahidində çalışırlar.

Azərbaycan Dillər Universitetində dekan və kafedra müdiri vəzifələrinin tutulması zamanı Təhsil Nazirinin 09.03.2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması" Qaydalarının 1.6-cı maddəsinin "Müsabiqədə kafedra müdiri vəzifəsinə müvafiq kafedranın, dekan vəzifəsinə isə fakültənin profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər" müddəaları və "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası"nın ödənişə ixtisas tələbləri bölməsində qeyd olunan vəzifələrin tutulması üçün "Elmi dərəcəsi və elmi adı" olan müddəaları kobud surətdə pozulmuşdur.

Fransız dili kafedrasında Əsgərov Vazeh Eldəniz oğlu 01.07.2014 tarixdən Rektor S.Seyidovun əmri əsasında Tədris İşləri üzrə Müvəqqəti Prorektor təyin edilib. Səməd Seyidov "Müasir tarix"dən dissertasiya müdafiə etmiş Vazeh Əsgərovu "Fransız dili" kafedrasında dosent seçdirib. Azərbaycan Dillər Universiteti rektorunun xarici səfərləri və məzuniyyət dövrü zamanı Əsgərov universitet daxili əmrlə Rektor vəzifəsini icra edib.

Təhsil işçilərinin ştat-tarif cədvəlinə əsasən - müvafiq profil üzrə alimlik dərəcəsi, elmi adı, pedaqoji sahədə və ya rəhbər vəzifələrdə 5 ildən az olmayan əmək stajı olmaqla özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən ali məktəblərdə çalışdıqda tədris işləri üzrə Prorektor vəzifəsində işləyə bilər.

Regionşünaslıq kafedrasında Norveç dili fənnini tədris edən Məmmədova Aytən Arif qızının Magistr diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmyıb.

Xarici Ölkələr Ədəbiyyatı kafedrasına Azərbaycan Dillər Universiteti kafedra müdiri vəzifələrinə seçkilərlə əlaqədar komissiyanın qərarı əsasında Nəsimi rayon "VVAQ" şöbəsinin müdiri professor Aynur Sabitova rəhbərlik edir. Aynur Sabitovanın dövlət qulluqçusu olduğunu nəzərə alaraq söyləyə bilərik ki, Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1. maddəsinə görə dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa icazəsi yoxdur. Həmçinin "Korrupsiyaya qarşı mübarizə haqqında" AR qanununun 2-ci maddəsinə əsasən inzibati vəzifə tutan dövlət qulluqçuları korrupsiya ilə əlaqədar hüquq pozmaların subyektləri arasında göstərilib. Həmin qanunun 9.3.1-ci maddəsində qeyd olunur ki, vəzifəli şəxsin xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutması və ya fəaliyyət növü ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquq pozmadır.
Nağıyev Anar Rüstəm oğlu Magistr Diplomu ilə Beynəlxalq münasibətlər və regionşünaslıq fakultəsində Dekan vəzifəsində işləyir. Nağıyev Anar Rüstəm oğlunun Doktorluq Diplomu əvəzinə İsveç dövlətinin Uppsal Universitetinin tərcüməsi və Tanınması olmayan Sənəd əsasında bu vəzifəni tutur. Nağıyev Anar Rüstəm oğlu Baş Müəllim və Elmi Dərəcəsi olmadan Dosent seçilib.

Azərbaycan Dillər Universitetində Magistratura və doktorantura fakultəsində dekan müsabiqəsi keçirilib. Filologiya üzrə fəlsəfə doktoru Zərinə Aslanova universitet rektorunun dekan vəzifəsinə təyin etmə əmri olmasa da o, müvəqqəti dekan seçilib.

Psixologiya kafedrasının müdiri Məmmədov Misgər Yolçu oğlu 1974-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu Fransız dili ixtisası üzrə bitirib. 1979-1982 illərdə Aspiranturada Psixologiya üzrə təhsil alsa da 01.10.1982-ci il tarixdə aspiranturadan xaric edilib. Hazırda Psixologiya kafedrasında Psixologiya fənnini tədris etməsi anlaşılmazdır. Məmmədov Misgər Yolçu oğlu Dosent Attestatı olmadığı halda Dosent vəzifəsini tutur və Universitetin bütün daxili və xarici sənədlərində Dosent kimi göstərilir.

Azərbaycan Dillər Universiteti rektorunun 20.09.2013-cü il tarixli 1/227 nömrəli əmri ilə baza ixtisası "Neft və qaz yataqlarının geologiyası və axtarışı" olan, 11.04.2001-ci il tarixdən 29.01.2002-ci il tarixədək Azərbaycan Dövlət Pedaqoji Universitetində İbtidai təhsil pedaqogikası ixtisası üzrə yenidənhazırlanma kurslarının dinləyicisi olmuş Zeynalova Nigar Eldar qızı 3 aylıq sınaq müddətinə Pedaqogika kafedrasına 0,5 ştat müəllim vəzifəsinə qəbul edilib. Azərbaycan Dillər Universiteti rektorunun 10.07.2015-ci il tarixli 1/193 nömrəli əmrilə Zeynalova Nigar Eldar qızı Pedaqogika kafedrasının müdiri vəzifəsinə seçilmiş hesab edilərək kafedra müdiri təyin edilib. Zeynalova Nigar Eldar qızı Pedaqogika üzrə fəlsəfə doktoru Diplomu əvəzinə Azərbaycan Dövlət Pedaqoji Universiteti dissertasiya Şurasının sədr müavini professor F.A.Rüstəmovun Azərbaycan Dillər Universitetinin rektor vəzifəsini icra edən professor D.N.Yunusova ünvanladığı (Sənəddə 2 müxtəlif təşkilatın adı qeyd olunub) arayış hesabına bu vəzifəni tutur.

Xarici Dillər kafedrasında Hind dili fənnini tədris edən Mirzəyeva Səidə Hüseyn qızının Hindistanda 1 illik KURS haqqında "sənədi" Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmayıb.

Xarici Dillər kafedrasında Yapon dili fənnin tədris edən İbrahimov Yaşar Aydın oğlunun Yaponiyada 1 illik KURS haqqında "sənədi" Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmayıb.

Beynəlxalq Münasibətlər kafedrasında müəllim kimi fəaliyyət göstərən Ukrayna Respublikasının vətəndaşı Dursunov Ramil Malik oğlunun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən İş icazəsi, Bakalavr və Magistr diplomları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmyıb.

Mülki Müdafiə kafedrasında Şahhüseyni Şahin Xaliq oğlunun baza diplomu Azərbaycan İnşaat Mühəndisləri İnstitundandır. İxtisası - nəqliyyat tunelləridir. Tədris etdiyi fənnlər barədə magistr sənədi əvəzi UEFA B Diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmayıb.

Əliyeva Gülsüm Rəşid qızının İspan dilini tədris etmək üçün İspaniyadan gətirdiyi sertifikat Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmamışdır.

Xarici Ölkələr Ədəbiyyatı kafedrasında Hüseynli Gilə Mehdi qızının və İsimzadə Səbriyyə Yusif qızının Magistr diplomları yoxdur.

Regionşunasliq kafedrasında Şahmuradov Aqil Sayad oğlu 1993-cü ildə Şevçenko adına Kiyev Milli Universitetini bitirib. Baza Diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmayıb.

Azərbaycan Dillər Universitetində Fransız – İtalyan dilinin tərcüməsi fakultəsinin baş müəllimi Mahmudova Səbinə Azin qızının Doktorluq diplomu əvəzinə əcnəbi dildə sənədi var. Sənəd adlandırılan kağız parçasının tərcüməsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmyıb. Mahmudova Səbinə Azin qızının Kafedra Müdiri seçkilərində hansı əsaslarla iştirak etməsi və kafedra müdiri təyin edilməsi biabırçılıqdır.

Azərbaycan Dillər Universiteti Kurrikulim və keyfiyyətə nəzarət departamentində Pedaqoji təcrübə rəhbəri İsmayılov Məmməd Allahverdi oğlunun Fransa Respublikasında almış olduğu Doktor diplomu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınmayıb.

Azərbaycan Dillər Universitetində Hind dili fənnini tədris edən Muradova Səidə Hüseyn qızı Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu politoloq ixtisası üzrə bitirib. Hind dili fənnini tədris etməsi əsası kimi Muradova Səidə Hüseyn qızının Hindistan Respublikasında 1 illik kurs keçməsi barədə sənədinin Azərbaycan dilinə tərcüməsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmayıb.

Azərbaycan Dillər Universiteti rektorunun 01.05.2015-ci il sərəncamı ilə Quliyeva Vəfa Fikrət qızı İctimai əsaslarla Fransiz dili kafedrasında kafedra müdirinin müavini vəzifəsinə təyin edilib. 29.09.1997-ci il tarixli Təhsil işçilərinin qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçasında belə bir vəzifənin olması, Azərbaycan Respublikası Əmək Məcəlləsində isə İctimai əsaslarla vəzifənin mövcudluğu barədə məlumat göstərilməyib. Universitet sənədlərində Doktor kimi göstərilən Quliyeva Vəfa Fikrət qızının Fransa Respublikasından gətirdiyi Doktorluq diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmayıb. 26.11.2015-ci il tarixdə Quliyeva Vəfa Fikrət qızı Mövcud qanunvericilik tələblərinə zidd olaraq Baş müəllim vəzifəsinə seçilmişdir (Baş müəllim seçilməsi üçün minimum 3 il pedaqoji staj tələb olunur).

Azərbaycan Dillər Universiteti regionşünaslıq kafedrasının baş müəllimi Şahmuradov Aqil Şövkət oğlunun 1993-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetini tarix ixtisası üzrə bitirməsi barədə diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmayıb.

Fransiz və İtalyan dilinin tərcüməsi kafedrasının baş müəllimi Bayramova Laçın Kainat qızının Fransa Respublikasından aldığı Magistr diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmayıb.

Azərbaycan Dillər Universiteti Regionşünaslıq kafedrasının baş müəllimi Məmmədova Aytən Arif qızının 2013-cü ildə Oslo Universitetindən alınmış Magistr diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmayıb.
Azərbaycan Dillər Universiteti Təlimdə innovasiyalar kafedrasının Yapon dili müəllimi İbrahimov Yaşar Aydın oğlu 1992-ci ildə Azərbaycan İnşaat mühəndisləri institunu "Tikinti və yol maşınları avadanlıqları" ixtisası üzrə bitirib. 2010-cu ildə Yaponiyada Yapon dili üzrə kurs keçməsi barədə sertifikatı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmayıb.
Azərbaycan Dillər Universiteti Beynəlxalq şöbəsinin mütəxəssisi Əliyeva Gülay Aqşin qızının baza diplomu əvəzinə tərcüməsi və təsdiqi olmayan xarici dildə bir vərəq təqdim edildi.

İspan dili kafedrasının müəllimi Qaybalıyeva Səadət Əjdər qızı magistr diplomu olmadan bu vəzifəni tutur.
Xarici dillər kafedrasının müəllimi Əsgərov Hüseyn Həsən oğlunuin Erməni dili fənnini tədris etmək üçün ixtisas sənədi yoxdur. Əsgərov Hüseyn Həsən oğlunuin əmək kitabçasında orta məktəb müəllimi vəzifəsindən xaric edilməsi barədə əmrindəki möhür şübhəlidir.

Sosial elmlər kafedrasının tam ştat müəllimi Abdullayeva Şəfəq Hüseyn qızı magist diplomu olmadan bu vəzifəni tutur..
ADU TV studiyanın rejissoru Səfərəliyev Ayşad Elşən oğlunun Gerasimov adına Ümum Rusiya Dövlət kinematoqrafiya institunun Kino rejissoru fakultəsini 2014-cü ildə tam kursu bitirməsi barədə diplomu Təhsil Nazirliyi tərəfindən tanınmayıb.
Azərbaycan Dillər Universiteti İctimaiyyətlə əlaqələr departamentinin müdiri Kazımova Şəfaqət Fərhad qızı 1998-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib.

Beynəlxalq şöbənin mütəxəssisi Quluzadə Qaratel Fəzayıl qızının Baza Diplomu təqdim edilmədi. İnsan resursları şöbəsinin məlumatına görə Quluzadə Qaratel Fəzayıl qızının Ali və ya orta ixtisas təhsili yoxdur, mütəxəssis orta təhsillidir.
Regionşünaslıq kafedrasının müəllimi Hüseynova Nigar Əkrəm qızının baza ixtisası Avropaşünaslıq olduğu halda Hindistan tarixi və mədəniyyəti fənnindən dərs deyir.

Azərbaycan Dillər Universitetində işləyən elmi-pedaqoji, inzibati və tədris-köməkçi heyət üzvlərinin Azərbaycan Respublikasının özəl alı təhsil müəssisələrindən ali təhsil almaları barədə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.04.2010-cu iltarixli 82 nömrəli əmri ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi" uyğunluğu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktubu yoxdur.

Azərbaycan Dillər Universiteti Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Babayeva Ofeliya Eldar qızının Təfəkkür Universitetini bitirməsi barədə Bakalavr diplomunun Dövlət standartlarına uyğunluğu barədə sənədi yoxdur.
Mülki müdafiə, tibbi biliklərin əasasları və bədən tərbiyəsi kafedrasının müəllimi Zeynalova Aytən Surxay qızı Azərbaycan Beynəlxalq Universiteti Diplomunun Dövlət Standartlarına Uyğunluğunu təsdiq edən sənəd yoxdur.

Xarici dillər kafedrasının müəllimi Mirzəyeva İntizar Qəhrəman qızı Magistr Diplomunun Dövlət Standartlarına Uyğunluğu haqqında sənəd yoxdur.

Tələbə şöbəsinin inspektoru vəzifəsində işləyən Musayeva Günel Ərəstun qızının Azərbaycan Beynəlxalq Universitetindən aldığı Diplomun Dövlət Standartlarına uyğunluğu sənədi yoxdur.
Azərbaycan dili və Ədəbiyyatı kafedrasında Teymurova Şəbnəm Əlibaba qızı Rus dili və ədəbiyyatı ixtisası ilə Azərbaycan ədəbiyyatı fənnini tədris edir.

İngilis dilinin Üslubiyyatı kafedrasında Yunusova Günel Xanlar qızının, Əbdulrəhimova Nüşabə Mirzə qızının, Hətəmzadə Günel Azər qızının, Cəfərova Ülkər Arif qızının, və Allahverdiyeva Aytən Musa qızı magist diplomları olmadan işə qəbul olunublar.

İngilis dilinin Leksikalogiyası kafedrasında Quliyeva Aynur Əfsər qızının, Mikayılova Azadə Ramazan qızının və Həşimova Dürrə Ərəstun qızının Magistr diplomları təqdim edilmədi. Məmmədova Elnarə Telman qızının Magistr diplomu əvəzinə Arayış təqdim edildi. Vəliyeva Məlahət Əkbər qızının Bakalavr və Magistr Diplomları olmadan işə qəbul olunublar.
Linqvokulturologiya kafedrasında Ağayeva Rəşidə Rəşid qızının, Cahangirova Gülbəniz Razi qızının, Əsədova Ülkər Nizaməddin qızının və Mahmudova Firəngiz Şirin qızı Magistr diplomu əvəzinə arayışla işə qəbul olunublar. Quliyeva Nərmin Həsən qızının, Budaqova Aynur Muxtar qızının, Həsənquliyeva Elnarə Akif qızının, Abdullayeva Nilufər Mahir qızının və Məmmədova İlahə Rauf qızının Magistr diplomları olmadan işləyirlər. Məmmədzadə Aynur Fazil qızının Magistr diplomu əvəzinə Arayışla işləyir.

30.12.2014-cü il 1/330 nömrəli əmrlə Bağırzadə Aytəkin Allahşükür qızı İngilis dilinin qrammatikası kafedrasına "Müvəqqəti 0,5 ştat müəllim vəzifəsinə" qəbul edilib. Azərbaycan Respublikası Əmək qanunvericiliyində Müvəqqəti ştat vəzifəsi mövcud deyildir.

Regionşünaslıq kafedrasında Əliyev Bəhmən Fazil oğlu (ixtisası Politoloq-Hindistan mədəniyyəti fənnini tədris edir) ixtisasına uyğun olmayan fənnlər tədris edir.

Azərbaycan Dillər Universiteti "Poliqlot" qəzetinin redaktoru Qasımova Günay Hüseynağa qızı Azərbaycan Dillər Universitetinin Regionşünaslıq ixtisasını bitirib.

Azərbaycan Dillər Universiteti İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasını bitirib.

Sosial elmlər kafedrasının dosenti Quliyev Nadir Novruz oğlunun, regionşünaslıq kafedrasının baş müəllimi Abbasova Hökümə Fərrux qızı, Regionşünaslıq kafedrasında Abdulla Bəyim Nadir qızı, Regionşünaslıq kafedrasında Quliyeva Təranə Nəsimi qızı, Regionşünaslıq kafedrasında Kərimova Bədirə Telman qızı və Sosial elmlər kafedrasının dosenti Rəcəbova Aida Əkbər qızının baza ixtisasları tədris etdiyi fənnlərə uyğun deyil.

Linqvodidaktika kafedrasında Rzayeva Firuzə Ədalət qızının Azərbaycan Beynəlxalq Universitetini bitirməsi barədə diplomun Dövlət standartlarına uyğunluğu barədə sənədi yoxdur.

Psixologiya kafedrasının müəllimləri Babayeva Könül Əziz qızı, Rzayeva Gülnarə Sadıx qızının və Məmmədova İlhamə Şərafəddin qızının baza diplomlarındakı ixtisasları ilə tədris etdikləri fənnlər uyğunluq təşkil etmir.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Bağırzadə Aytəkin Allahşükür qızı Bakı Qızlar Universitetini bitirməsi barədə Bakalavr Diplomunun Dövlət Standartlarına uyğunluğu barədə sənədi yoxdur və magistr diplomu əvəzinə Arayışla işə götürülüb.

Redaksiyadan: Dəyərli oxucu və Təhsil Nazirliyinin rəhbərliyi bu yazını oxuyarkən Dillər Universitetində baş verənlərdən müfəssəl məlumat əldə etmiş olacaqlar. Ümid edirik ki, hörmətli nazir Mikayıl Cabbarov sözün həqiqi mənasında biabırçılıq olan bu faktların bir daha yoxlanılması və adekvat tədbirlər görülməsi üçün elə günü bu gündən müvafiq komissiyanın yaradılmasına göstəriş verəcək. Yazıda qeyd olunan faktlar təbii ki, bizim iddialarımız deyil, appaçıq görsənir ki, universiteti beş barmağı kimi bilən müəllimlərin komplektləşdirdikləri faktlardır. Çünki orada qeyd olunan onlarla faktın tək bircəsi günün baş xəbəri olmaq üçün yetərlidir. Ancaq bütün bunlara baxmayaraq bəri başdan həmin yazıda adı keçən hər kəsin mövqeyini də işıqlandırmağa hazır olduğumuzu bildiririk.

Mediainfo.az