Britaniyada iki erməni qrup yoldaşlarını zorlayaraq videoya çəkib

Britaniyada iki erməni qrup yoldaşlarını zorlayaraq videoya çəkib

24 Avqust 2011 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Böyük Britaniya məhkəməsi ikisi erməni əsilli olan dörd Rusiya vətəndaşını özəl kollec tələbəsi malayziyalı bir qızı zorlamaqda günahkar bilib. İttiham edilən gənclər qrup halında cinayət törətməkdə təqsirləndirilirlər.

Dörd gənc şəxs 23 yaşlı Oleq İvanov, 22 yaşlı Norayr Davtyan, 19 yaşlı Armen Simonyan və 23 yaşlı Qreqori Melnikov bu hadisəni Böyük Britaniyaya iki həftəlik səfərləri zamanı ediblər. Hadisəni mobil telefona çəkən gənclər kadrlarda zorladıqları qıza iyrənc iftiralar ataraq, öz hərəkətlərinə bəraət qazandırıblar.

Onlar etdikləri cinayəti inkar etsələr də Vulviç Cəza Məhkəməsinin hakimi tərəfindən birmənalı olaraq təqsirli biliniblər. 22 yaşlı Norayr Davtyanı məhkəmə zorlama hadisəsində günahkar bilərək onu 10 il müddətinə azadlıqdan məhrum edib. 23 yaşlı Qriqoriy Melnikova isə daha az cəza müddəti - 9 il iş verilib. Digər iki cinayət iştirakçısı Oleq İvanov və Armen Simoyana isə məhkəmə hər birinə 8 il olmaqla cəza kəsib.

Xatırladaq ki, hadisə rus tələbələrin ingilis dili öyrənmək üçün gəldikləri Britaniyanın Bellerbis özəl kollecində baş verib.

Məhkəmənin məlumatına görə, məhkumlardan İvanov zorlanan qızın ağladığını görərək, ona yazığı gəlsə də sonradan hadisənin digər iştirakçısı Davtyan onu bu fikrindən döndərə bilməyib. Məhkəmə həmçinin qeyd edir ki, malayziyalı qız içkili olduğundan müqavimət göstərmək iqtidarında olmayıb.

"Mən onları dayandırmaq istəyirdim. Ancaq bacarmırdım. Mən sadəcə gözlərimi bağlamaq və ölmək istəyirdim", - hadisənin qurbanı malayziyalı qız məhkəməyə belə bildirib. Bununla yanaşı o deyib ki, cinayət baş verdikdən sonra Davtyan olanları heç kimə deməməklə bağlı təhdid edib. O qeyd edib ki, əks halda qızın özü biabır olacaq. Lakin bunlara baxmayaraq, malayziyalı qız hadisədən dərhal sonra bu haqda polisə şikayət edib.

Ermənilər dünyanın ən pis ağ dərili nökərləridir. Onlar şərəfsizdirlər. Onlar yalnız qorxu və kötək altında sakit olurlar.

Tofiq Əliyev

O.M.