Avtomobil ağaca çırpılıb, iki nəfər ölüb

Avtomobil ağaca çırpılıb, iki nəfər ölüb

8 İyul 2016 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

DİN saytının verdiyi məlumata görə, iyulun 7-də saat 17 radələrində Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində Siyəzən rayon sakini Vahid Hüseynquliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və sərnişinləri, rayon sakinləri Şəhriyar Dədəkişiyev və Mətanət Məmmədova müxtəlif xəsarətlər alıb, xəstəxanaya yerləşdiriliblər.

V. Hüseynquliyev və Ş. Dədəkişiyev orada ölüblər.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Mediainfo.az