Ziya Məmmədovun qardaşının avtomobili qaydanı pozsa da, cərimələnmədi - FOTO

Ziya Məmmədovun qardaşının avtomobili qaydanı pozsa da, cərimələnmədi - FOTO

8 İyul 2016 13:12
Bəyəndim (0) Bəyənmədim (0)
Bakının Zərifə Əliyeva küçəsində maraqlı hadisə yaşanıb

Yol polisi bu küçədə dayanma-durma qaydasını pozan avtomobillərin şəklini çəkib və onları cərimələyib.

Ancaq maraqlıdı ki, yol polisi həmin ərazidə avtomobilini park edən Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədova jest edib.

Belə ki, 99-YP-423 seriyalı YPX əməkdaşı keçmiş deputata məxsus olan 10-KK-999 seriyalı avtomobilə yaxınlaşıb, cərimə yazmaq əvəzinə ona hərbi salam verib və Elton Məmmədovun avtomobilini cərimələməyib. Avtomobil həmin ərazidə 15 dəqiqəyə yaxın qalsa da, heç bir polis ona yaxınlaşmayıb.

Əvəzində isə Elton Məmmədovun avtomobilindən arxada duran 90-KH-420 seriyalı avtomobil cərimələnib.

Yol polisinin keçmiş deputata hansı səbəbdən jest etdiyi və ona hərbi salam verdiyi məlum olmayıb.(azxeber)

Mediainfo.az