"Grand Hospital"da müğənninin xalası oğlunu öldürdülər!  FOTO

"Grand Hospital"da müğənninin xalası oğlunu öldürdülər! FOTO

8 İyul 2016 11:47
466
Bəyəndim (0) Bəyənmədim (0)
Klinikada özbaşınalıq!

Afaq Ələsgərova adlı xanım qardaşı, 1980-ci il təvəllüdlü Ramin Ələsgərovun həkimlər tərəfindən öldürüldüyünü bildirib.

A.Ələsgərova qardaşının iyunun 24-də müayinə olunmaq üçün "Grand Hospital"a getdiyini yazıb:

"İyunun 24-də öz ayağı ilə Həsən Əliyev küçəsində yerləşən "Grand Hospital"a qaraciyər xəstəlikləri şöbəsinin müdiri, hepatoloq Gülnarə Ağayevanın yanına müayinəyə apardıq. Sadəcə, acqarına deyildi deyə evə qayıtdı ki, növbəti gün acqarına analiz versin. Həmin gün nə etdilərsə, qardaşım komaya düşdü və həyatını itirdi. Həmin Gülnarə Ağayeva xəstəni qəbul edib, özü üç günlük istirahətə yollandı. Qardaşımı isə Zaur adlı dırnağarası həkimə tapşırdı. Qardaşımı öldürdülər. Yalvarıram, kömək edin, bu hadisəni Azərbaycanda hər kəs bilsin. Biz yandıq, qoy heç kim yanmasın o vicdansız qatillərin ucbatından. "Grand Hospital" ölüm məkanıdır". (ölkə)

Xatırladaq ki, mərhum Ramin Ələsgərov müğənni Əbdül Xalidin xalası oğludur.

***

Məsələ ilə bağlı "Grand Hospital"dan bildirdilər ki, bu gün və sabah xəstəxanada qeyri-iş günü olduğundan (xatırladaq ki, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri 6-7 iyul tarixlərində idi və bu gün rəsmi olaraq iş günüdür – red), həkimlər işə gəlməyib:

"Hepatoloq Gülnarə Ağayeva hazırda iş başında deyil, bayramdan sonra işə çıxacaq". (axar)

Mediainfo.az