Amerikanı iğtişaşlar bürüdü: 4 polis öldürüldü, 11-i yaralandı - YENİLƏNİB - FOTO

Amerikanı iğtişaşlar bürüdü: 4 polis öldürüldü, 11-i yaralandı - YENİLƏNİB - FOTO

8 İyul 2016 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Dallasda iğtişaşlar zamanı dörd polis əməkdaşı həlak olub, daha 11 nəfəri yaralanıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis idarəsinin açıqlamasında bildirilir.

Luiziana və Minesota ştatlarında iki qaradərili şəxsin polis əməkdaşları tərəfindən qətlə yetirilməsinin səbəb olduğu iğtişaşlar zamanı naməlum şəxslər Diley Plaza rayonu ərazisində asayiş keşikçilərinə snayper tüfənglərindən atəş açıblar. Nəticədə dörd polis əməkdaşı hadisə yerində həlak olub, daha on biri ağır yaralanıb. Onlardan üçünün vəziyyətinin kritik olduğu bildirilir.

Atəş açan şəxslər hadisə yerini tərk ediblər.

Polis rəisi Devid Braun bildirib ki, atəş iki silahlı tərəfindən açılıb. Onun sözlərinə görə, həmin şəxslər polis əməkdaşlarını Dallasın mərkəzində partlayış törətməklə hədələyiblər.

Son məlumata görə, polis əməkdaşlarına atəş açan şəxslər saxlanılıb. Onlardan biri könüllü şəkildə polis idarəsinə gələrək təslim olub, digərini isə xüsusi təyinatlılar saxlayıb.

Polis bir qədər əvvəl könüllü təslim olan şəxsin şəklini yayaraq, barəsində axtarış elan etmişdir.

Mediainfo.az