19 yaşlı oğlan batıb - ŞƏMKİRDƏ

19 yaşlı oğlan batıb - ŞƏMKİRDƏ

8 İyul 2016 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə, Şəmkir rayonu, Qasım İsmayılov kəndində 1 nəfərin göldə çimərkən batması barədə məlumat daxil olub.

Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1997-ci il təvəllüdlü İsmayılov Mikayıl Eyvaz oğlunun cəsədi batdığı yerdən 7 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:25-də başa çatıb. (fhn)

Mediainfo.az