İsrailin baş naziri qışda Bakıya gələcək

İsrailin baş naziri qışda Bakıya gələcək

6 İyul 2016 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana qış aylarında səfər edəcək.

apa-nın "The Times of İsrael" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə baş naziri özü Keniyada səfəri zamanı bildirib.

B. Netanyahu deyib ki, İsrail Fələstin mövzusunda və diplomatik münasibətlərdə mövqeyini möhkəmləndirmək üçün yeni alyanslar qurur.

Baş nazir bu siyasət çərçivəsində qış aylarında Qazaxıstan və Azərbaycana səfər edəcəyini açıqlayıb. O səfərin dəqiq tarixini deməyib.

Mediainfo.az