Təyyarədə bomba həyəcanı

Təyyarədə bomba həyəcanı

5 İyul 2016 16:49
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Nyu-York şəhərindən İsrailin paytaxtı Tel-Əvivə gedən "El Al" aviaşirkətinə məxsus təyyarədə bomba həyəcanı yaşanıb.

Xarici KİV-lər xəbər verir ki, təyyarədə verilən anonsda şübhəli bir əşyanın tapıldığı deyilib.

Aviaşirkətin nümayəndəsi bomba olması ilə bağlı xəbərdarlıq aldıqları üçün belə bir anons verdiklərini bildirib.

Son məlumata görə, təyyarə İsrailin paytaxtı Tel-Əvivə eniş edib.

Mediainfo.az