FHN eyni anda  4 nəfəri boğulmaqdan xilas etdi

FHN eyni anda 4 nəfəri boğulmaqdan xilas etdi

5 İyul 2016 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Daha 4 nəfər dənizdə boğulmaq təhlükəsindən xilas olub.

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Xəzər rayonunda 4 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan xidmətin xilasediciləri vətəndaşları sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər.

Mediainfo.az