Narkotacirin cəzası azaldıldı

Narkotacirin cəzası azaldıldı

5 İyul 2016 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Elşən Aslanovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmə onun şikayətini təmin edərək cəzasını 8 ildən 2 il 6 aya endirib. Onun barəsində olan Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etmə, daşım, satma) maddəsi ilə ittiham 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Lakin hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

Mediainfo.az