Tanınmış futbolçunun ev dustaqlığının müddəti artırılıb

Tanınmış futbolçunun ev dustaqlığının müddəti artırılıb

5 İyul 2016 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi Rayon Məhkəməsində tanınmış futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı məhkəmə keçirilib.

Məlumata görə, M.Əhmədov barəsində seçilmiş ev dustaqlığı daha iki ay müddətinə artırılıb.

Qeyd edək ki, M.Əhmədov keçən il bizneslə məşğul olan Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra onun barəsində ev dustaqlığı seçilib.

Xatırladaq ki, M. Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Mediainfo.az