Prezidentin mağazası söküldü

Prezidentin mağazası söküldü

5 İyul 2016 14:47
316
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın "Roshen" qənnadı məmulatları şirkətinin Kiyev şəhərinin "Svyatoşin" metro stansiyası yaxınlığında yerləşən mağazası sökülüb.

"lenta.ru"nun verdiyi məlumata görə, söküntü işində "Koyevblaqoustroystva" kommunal şirkətinin 100-ə yaxın əməkdaşı iştirak edib. Bir həftə əvvəl kommunal xidmət əməkdaşları həmin rayonda yüzlərlə digər köşkü də söküblər. Bu, sahibkarların etirazına səbəb olub.

"Roshen"in mağazası da daxil olmaqla, sökülən köşklərin qanunsuz inşa edildiyi bildirilir.

Xatırladaq ki, "Roshen" mağazalar şəbəkəsi Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsusdur.

Mediainfo.az