Meksika yanır

Meksika yanır

13 Aprel 2011 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanı meşə yanğınları öz cənginə alıb. Dünən axşam saatlarında başlayan yanğın gedərək böyüyür. Yanğınsöndürənlər 100 min hektar sahənin yanıb kül olduğunu bildiriblər.

Hava şəraitinin pis olması, iti və quru küləklərin əsməsi yanğın arealını daha da genişləndirib. Meksikalı yanğınsöndürənlər fəlakətin qarşısını almaq üçün ABŞ və Kanada mütəxəssislərindən yardım istəyiblər.

Yanğının qarşısı alınmazsa, onun sərhədləri ABŞ-ın Texas ştatına qədər genişlənə bilər. Buna görə də əraziyə lazımi texnika - buldozerlər, yanğınsöndürən vertolyotlar və avadanlıqlar cəlb olunub.

Qeyd edək ki, yanğına səbəb hava şəraitinin isti və quraq keçməsidir.


Günəş üzünü Meksikaya çevirib. Amma nədənsə bu dəfə tərs üzünü...

Elvin Babayev

O.M.