Bakıda 4 nəfəri gün vurub, onlardan 1-i xəstəxanaya yerləşdirilib

Bakıda 4 nəfəri gün vurub, onlardan 1-i xəstəxanaya yerləşdirilib

5 İyul 2016 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər Azərbaycanda havanın hərarətinin yüksəlməsi nəticəsində paytaxtda bu ilin ilk günvurma hadisələri qeydə alınıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev açıqlamasında deyib ki, günvurma ilə bağlı son 2-3 gündə 4 nəfər təcili yardıma müraciət edib. Onlardan 1 nəfəri xəstəxanaya yerləşdirilib.

Müraciət edənlərin arasında bir neçə uşaq da var. Belə ki, iyulun 4-də 14 yaşlı uşaqla bağlı təcili yardıma müraciət daxil olub. Uşağa yerində tibbi yardım göstərilib. (apa)

mediainfo.az