Tripolidə qızğın döyüşlər davam edir

Tripolidə qızğın döyüşlər davam edir

24 Avqust 2011 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Tripolidə Müəmmər Qəddafinin qərargahı müxalifət qüvvələri tərəfindən ələ keçirilib. Buna baxmayaraq Qəddafi tərəfdarları təslim olmayıb və tərəflər arasında hələ də döyüşlər gedir. Liviya lideri xalqa ünvanladığı audiomüraciətdə təslim olmayacağını və mübarizəni sonadək davam etdirəcəyini bildirib.

Bu arada xarici jurnalistlərin qaldığı "Rixos Hotel" Qəddafi tərəfdarları tərəfindən tutulub. Hotelin damında mövqe tutan snayperlər üsyançılara atəş açmağa başlayıb. Hoteldə 35-ə yaxın xarici jurnalistin olduğu bildirilir.

Zülmün topu var, gülləsi var, qəlpəsi varsa. Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Tofiq Əliyev

O.M.