Ötən ay nikaha girən 12 nəfərdə QİÇS, 49 nəfərdə sifilis aşkarlanıb

Ötən ay nikaha girən 12 nəfərdə QİÇS, 49 nəfərdə sifilis aşkarlanıb

4 İyul 2016 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

"İyun ayı ərzində ümumilikdə 12959 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsini həyata keçirilib".

Bunu B .Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva açıqlamasında deyib.

Z. Əlimirzəyeva bildirib ki, ötən ay ərzində Azərbaycanda nikaha daxil olmaq istəyən 332 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb. Cəmi 2 cütlüyün hər ikisində bu qan xəstəliyi aşkar edilib.

Z. Əlimirzəyeva əlavə edib ki, ötən ay 12 nəfərdə QİÇS, 49 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb. Bu barədə müvafiq mərkəzlərə həmin cütlüklərlə geniş məlumat verilib.

Mediainfo.az