Məscidlərimizdə İstanbuldakı terrorun qurbanları anılıb

Məscidlərimizdə İstanbuldakı terrorun qurbanları anılıb

4 İyul 2016 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyədə - İstanbulun Atatürk Hava Limanında baş verən terror hadisəsi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, baş nazir Binəli Yıldırıma və diyanət işləri başqanı, müfti Mehmet Görməzə başsağlığı məktubları yollayıb.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, məktublarda şeyxülislam təəssüf və hiddətini ifadə edərək qardaş türk xalqına başsağlığı diləklərini çatdırıb.

Qeyd edək ki, ötən həftənin cümə günü Azərbaycanın bütün məscidlərində cümə namazları və moizələri Atatürk Hava Limanındakı terror qurbanlarına həsr olunub.

Mediainfo.az