Ramazan nə vaxt bitir? - RƏSMİ

Ramazan nə vaxt bitir? - RƏSMİ

4 İyul 2016 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

İslam dünyasının ən vacib ayı sayılan Ramazan ayı artıq başa çatır.

Lakin hər il olduğu kimi, bayram gününün müəyyən edilməsi ilə bağlı mübahisələr yaranıb.

Qeyd edək ki, qardaş Türkiyədə artıq sabah Bakı vaxtı 06:26-da İqdırda , 07:11-də Ankarada, 07:23-də isə İstanbulda bayram namazları qılınacaq.

Azərbaycanın inanclı kəsimi isə bayramı bir gün sonra qeyd etməli olacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 402 saylı qərarına əsasən 6, 7 iyul Ramazan bayramı olaraq müəyyən edilib və həmin günlərin iş günü hesab olunmadığı qeyd olunub. (Məlumat Nazirlər kabinetinin rəsmi saytından götürülüb).

Mediainfo.az