Çexistan, yoxsa Çexiya? - QƏRAR

Çexistan, yoxsa Çexiya? - QƏRAR

4 İyul 2016 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Çex Respublikası yeni adını rəsmən BMT-yə və digər beynəlxalq təşkilatlara təqdim edib.

Bundan sonra ölkənin rəsmi adı Çexiya olacaq.

Çexiya xarici işlər nazirliyinin sözçüsü Laqronova ölkəsinin yeni adınının fransız, ingilis, rus, ərəb və çin dillərindəki versiyalarını BMT və beynəlxalq təşkilatlara göndərib.

Qeyd edək ki, ölkədə bir qism siyasətçinin təklif etdiyi Çexiya adına qarşın bəziləri ölkənin adının Çexistan adlandırılmasını istəyirdi. Bu ilin əvvəlində keçirilən sorğunun nəticəsinə görə isə 22 min adam Çexiya adını bəyənmədikləri , yalnız 7 min nəfərin bu adı qəbul etdiyi bəlli olmuşdu. (Avropa.info)

Mediainfo.az