"Facebook"da yenilik olacaq

"Facebook"da yenilik olacaq

3 İyul 2016 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bütün dünyada tanınmış "Facebook" sosial şəbəkəsi "Like" düyməsinin dizaynında dəyişiklik edib.

"Oxu Məni" qəzeti bildirir ki, "F" hərfli mavi loqotip bundan sonra barmağı yuxarı qaldırılmış əl işarəsi isə əvəzlənərək dəyişdiriləcək. Bu addımın atılmasına "Facebook" komandasını bu günlərdə keçirdiyi araşdırma sövq edib. Araşdırma zamanı məlum olub ki, insanlar önlərində "layk" düyməsinin cəlbedici qrafik nümunəsini gördükdə, bu düymənin təyinatını daha yaxşı anlaya bilirlər. Sosial şəbəkənin nümayəndələri hesab edirlər ki, artıq bundan sonra "layk"ların sayı daha da artmalıdır.

Xatırladaq ki, "Facebook" sosial şəbəkəsi 2004-cü ildə Mark Zukerberq tərəfindən yaradılıb. Rəqəmlər göstərir ki, istifadəçilər gündəlik olaraq "layk" düyməsinə 3 milyard dəfə sıxırlar.

Günel