5 yaşlı uşaq avtomobildə yanaraq öldü - BEYLƏQANDA DƏHŞƏTLİ QƏZA

5 yaşlı uşaq avtomobildə yanaraq öldü - BEYLƏQANDA DƏHŞƏTLİ QƏZA

3 İyul 2016 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə saatlarında Beyləqan rayonunun Birinci Aşıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Yaşar Novruzovun idarə etdiyi "Mercedes" markalı, 11 BG 172 dövlət qeydiyyat nişanlı "Mercedes" Dünyamalılar kəndində körpünün üstündə yoldan çıxaraq sağdakı qaz borusuna çırpılıb. Qəzadan sonra borunun partlaması ilə yanğın başlayıb. Sürücü və digər sərnişinlər maşından düşərək xilas ola bilsələr də, avtomobildə olan 2011-ci il təvəllüdlü Novruzov Zaur Nurlan oğlu aldığı xəsarətlərdən vəfat edib.

Qəzada ölən 5 yaşlı uşaq sürücünün qardaşı nəvəsi olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Aqil M.