Rusiyada yoxa çıxmış “İl-76”-nın ekipaj üzvlərindən 4-nün cəsədi tapılıb

Rusiyada yoxa çıxmış “İl-76”-nın ekipaj üzvlərindən 4-nün cəsədi tapılıb

3 İyul 2016 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan "İl-76" təyyarəsinin ekipaj üzvlərindən 4-nün cəsədi tapılıb.

Təyyarənin axtarışı üçün yaradılmış bu barədə operativ qərargahdan bildirilib.

Axtarışlar isə davam etdirilir.

"Axtarışlar nəticəsində iki "qara qutu"dan biri də tapılıb. Dağıntının miyasına əsasən demək olar ki, 10 nəfərlik ekipaj üzvlərini hamısı həlak olub", - deyə qərargahın nümayəndəsi bildirib.

İrkutsk vilayətinin qubernatoru hadisə ilə əlaqədar iyulun 4, 5 və 6-nı regionda matəm günləri elan edib.

Aviasiya strukturlarındakı mənbə bildirib ki, məhdud görmə şəraitində təyyarənin nəyəsə çırpıldığı ehtimal olunur. Digər versiya kimi isə müstəntiqlər texniki problemlərin yaranmasını və pilotun səhvini araşdırırlar.

Mediainfo.az