Hüsnü Mübarəkin oğlanları həbsə alındılar

Hüsnü Mübarəkin oğlanları həbsə alındılar

13 Aprel 2011 09:58
1 067
Bəyəndim (0) Bəyənmədim (0)
Eks prezident bu gecə xəstəxanaya yerləşdirilib


Bü gün səhər saatlarında РИА Новости agentliyinin Assoşeyted Press agentliyinə istinadən yaydığı məlumata görə, Misir polisi devrilmiş prezident Hüsnü Mübarəkin oğlanlarını 15 sutkalıq saxlamışdır. Məqsəd onların korrupsiyaya qurşanmasını və dinc nümayişlərin silah gücünə yatırılmasında iştirakını araşdırmaqdır.

Təhlükəsizlik xidmətinin general-mayoru Mohamməd əl Xatib kurort şəhəri Şarm-eş-Şeyxdə nümayişçilər qarşısında çıxış edərkən deyib: "İstintaq müddəti boyu Əli və Kamal Qahirədə təcridxanada saxlanılacaqlar."

Misirin 82 yaşlı eks başçısı bu axşam yüksək təzyiq və aritmiya diaqnozu ilə Şarm-eş-Şeyx beynəlxalq hospitalına yerləşdirilib. O, ambulator şəraitdə Misir Baş Prokurorluğunun müstəntiqinin suallarını cavablandırır.

Agentliyin məlumatında o da bildirilir ki, Mübarəklə yanaşı onun oğlanları və keçmiş komandasının üzvləri də dindirilir. Bu məqsədlə oğlanları 15 sutka müddətinə təcridxanaya salınıblar.

Hal-hazırda hospitalın qarşısı nümayişçilərlə doludur. Onun həbsini tələb edənlərlə yanaşı, yaşına və 30 illik prezidentlik təcrübəsinə hörmətlə yanaşmağı tələb edənlər də var.

Xatırladaq ki, Hüsnü Mübarək cari ilin 11 fevral günü istefaya gedərək, ölkə rəhbərliyini orduya təhvil verib. Onun gedişi ilə ölkədə iqtisadi, sosial və təhlükəsizlik məsələlərində böhran başlayıb.

Yanvar-fevral aylarında bu ölkədə baş qaldıran kütləvi etiraz dalğasında 365 dinc sakin ölüb, 5000-dən artıq insan müxtəlif dərəcələrdə yaralanıb, xəsarət alıb.

Özü yıxılan ağlamaz...

Natiq Qocaman

O.M.