12 yaşlı uşaq ölümdən son anda xilas edildi

12 yaşlı uşaq ölümdən son anda xilas edildi

1 İyul 2016 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Siyəzən rayonunun Yenikənd kəndində yaşayan 12 yaşlı Balakişiyev Əliheydər Vüqar oğlu yelləncəkdə yellənərkən boğazına ip dolanıb.

Region TVxəbər verir ki, xoşbəxtlikdən valideynlər hadisədən tez xəbər tutublar. Azyaşlı dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb.

Xəsarət alan Əliheydərin bibisi Xalidə Ağayeva hadisənin anidən baş verdiyini bildirib: "Uşaq oynayırmış. İp asılıb göydən. Elə-belə oynayarkən keçib boğazına. Çıxarda bilməyib. Bu zaman qardaşı görüb. Gedib anasını çağırıb. Anası bıçağı gətirənə kimi gec olub. Qonşular özlərini tez çatdıraraq götürüblər. Həmin vaxt halsız vəziyyətdə olub".

Hazırda xəsarət alan azyaşlı reanimasiyadadır. Əliheydər Balakişiyevin vəziyyətini ağırdır. Bu səbəbdən SN-nə məlumat verilib.

12 yaşlı uşaq ölümdən son anda xilas edildi -  Siyəzəndə + Video

Mediainfo.az