BDU-da Məzun günü keçirilib - Fotolar

BDU-da Məzun günü keçirilib - Fotolar

1 İyul 2016 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Dövlət Universitetində Məzun günü keçirilib. Tədbir beynəlxalq tələbə himni olan "Qaudames"-in oxunması ilə elan olunub və məzunlar "Universitetim" şeirini ifa ediblər.

Rektor, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə məzunları təbrik edib. Qeyd edib ki, Bakı Dövlət Universitetini bitirmək böyük xoşbəxtlik və səadətdir. Bu il universiteti 4000-dək məzunun bitirdiyini, onlardan təxminən 400 nəfərinin fərqlənmə diplomuna layiq görüldüyünü bildirən rektorun sözlərindən məlum olub ki, BDU məzunları bu il də magistratura imtahanlarında yüksək göstəricilərə malik olub, bu ali məktəb dünya universtitetlərinin reytinqini müəyyənləşdirən "QS World University Rankings 2015/2016" reytinqində 701+, "QS Quacquarelli Symonds LTD" təşkilatının reytinqində isə 88-ci yerdə yerdə qərarlaşıb.

Universitetin 17 fakültəsinin hər birindən fərqlənmə diplomuna layiq görülmüş iki məzuna diplomlar təqim edildikdən sonra rektorun onların valideynlərinə ünvanlandığı təşəkkür məktubu, eyni zamanda tələbə andı oxunub. Rektor və tələbələr üzərinə "Məzun-2016" yazılmış şarı havaya buraxıblar. Bununla da rəsmi hissə bağlı elan olunub.

Tədbir konsert proqramı ilə davam edib.

BDU-da Məzun günü -  Fotolar
BDU-da Məzun günü -  Fotolar
BDU-da Məzun günü -  Fotolar

Mediainfo.az