Rusiya bu terrorçunun çeçen olduğunu təkzib etdi

Rusiya bu terrorçunun çeçen olduğunu təkzib etdi

1 İyul 2016 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Atatürk hava limanını partladan terrorçulardan birinin Rusiya vətəndaşı, çeçen olması barədə yayılan xəbərləri təkzib edib.

Türkiyə mətbuatı bildirir ki, bu barədə məlumatı Rusiyanın İnterfaks agentliyi yayıb.

Hüquq-mühafizə orqanlarının agentliyə verdiyi açıqlamaya görə, "Çeçenistanda Osman Vadinov adlı şəxs heç vaxt qeydiyyatda olmayıb. Hətta soyad da çeçen soyadı deyil. İkinci şübhəli Ahmet Çatayev isə Rusiya tərəfindən də axtarışda olub".

Mediainfo.az