Bakı-Sumqayıt yolunda uzun məsafəli tıxac yaranıb

Bakı-Sumqayıt yolunda uzun məsafəli tıxac yaranıb

24 Avqust 2011 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Sumqayıt yolunda yaranmış tıxac qazıntı işləri ilə əlaqədardır. Bu barədə APA-ya Respublika Dövlət Yol Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda Bakı-Sumqayıt yolunda "Ekologiya" postunun qarşısında yolu bağlamaq üçün yerə müəyyən avadanlıqlar basdırılır. Bu iş başa çatdıqdan sonra yol tamamilə açılacaq. Qeyd edək ki, səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda uzun məsafəli tıxac yaranıb. Tıxac səbəbi ilə Xırdalan istiqamətindən paytaxta giriş son dərəcə məhdudlaşıb.

Tofiq Əliyev

O.M.