Rusiyada "İl-76" təyyarəsi yoxa çıxıb

Rusiyada "İl-76" təyyarəsi yoxa çıxıb

1 İyul 2016 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın İrkutsk vilayətində meşə yanğını baş verən ərazi üzərində uçuş keçirən İl-76 təyyarəsi yoxa çıxıb.

"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə Buryatiya Respublikasındakı mənbələr bildirib.

Bu gün səhər saatlarında göyərtəsində xilasedicilərin olduğu təyyarə rabitə əlaqəsinə çıxmayıb. Təyyarə güclü tüstülənmə olan zonada uçduqdan sonra yoxa çıxıb. Onun göyərtəsində 10 nəfər var imiş.

Mediainfo.az