Şəkidə bədbəxt hadisə baş verib

Şəkidə bədbəxt hadisə baş verib

24 Avqust 2011 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Şəkidə bədbəxt hadisə baş verib. Hadisə Böyük Dəhnə kəndində qeydə alınıb. Goranboy rayonu Qaşaltı kənd sakini, 1978-ci il təvəllüdlü İsgəndərov Yedia Ələddin oğlu Şəki rayonu Böyük Dəhnə kəndində qonaq olduğu evin həyətyanı sahəsindəki ağacların budayan zaman ehtiyatsızlıq edərək ağacların içərisindən keçən elektrik naqilinə toxunub. Elektrik cərəyanı vurması nəticəsində Y. İsgəndərov hadisə yerində keçinib. Faktla bağlı Şəki şəhər Prokurorluğunda araşdırma aparılır.

Ehtiyat hər zaman igidin yaraşığıdır.

Tofiq Əliyev

O.M.