Qubada ağır qəza baş verib

Qubada ağır qəza baş verib

30 İyun 2016 18:53
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Quba-İspik-Xınalıq yolunun 2-ci kilometrliyində qeydə alınıb.

"QAZel" və BMW markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanların Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Fərhad Həsənov, 1987-ci il təvəllüdlü Çingiz Hacıyev, Quba rayonunun Nərimanabad kənd sakinləri - 1951-ci il təvəllüdlü Səkinə Əzizova, 4 yaşlı Nərmin Əzizova, 9 yaşlı Amil Aslanov, 2002-ci il təvəllüdlü Əziz Əzizov və 1939-cu il təvəllüdlü Əzizov Nazim olduğu açıqlanıb.

Qəzada ölənin isə Vahid adlı şəxs olduğu bildirilir.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Mediainfo.az