Limanda dəhşətli partlayış törədən  terrorçuların şəxsiyyəti müəyyənləşib

Limanda dəhşətli partlayış törədən terrorçuların şəxsiyyəti müəyyənləşib

30 İyun 2016 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulun Atatürk Hava Limanında partlayış törədən terrorçuların hansı ölkə vətəndaşları olduğu müəyyənləşib.

Apa-nın "Milliyet"ə istinadən verdiyi xəbərə görə, terrorçulardan biri Dağıstan sakini olan Rusiya vətəndaşıdır. Digər iki terrorçunun isə Qırğız və Özbəkistan vətəndaşı olduğu məlum olub.

Qeyd edək ki, iyunun 28-də aeroportda törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. İstanbulda bu gün keçirilən əməliyyat zamanı terror hadisəsi əlaqəsi olan 13 nəfər saxlanılıb. Onlardan 3-ü əcnəbidir.

Mediainfo.az