Türkiyə səfirliyində İstanbul terrorunun qurbanları yad edilir

Türkiyə səfirliyində İstanbul terrorunun qurbanları yad edilir

30 İyun 2016 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 28-də İstanbulda baş vermiş terror hadisəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində açılan xatirə kitabının imzalanma mərasimi keçirilir.

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazırlar.

İmzalanma mərasimi axşam saat 18:00-dək davam edəcək.

Gün ərzində Azərbaycanın dövlət və hökumət üzvlərinin, ictimaiyyət nümayəndələrinin, vətəndaşların səfirliyi ziyarət etməsi gözlənilir.

Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanında 3 kamikadzenin törətdiyi terrorda 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

Mediainfo.az