Terrorda ölənlərin 6 nəfəri əcnəbidir

Terrorda ölənlərin 6 nəfəri əcnəbidir

29 İyun 2016 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Atatürk Hava Limanında törədilən partlayış nəticəsində ölənlərin əksəriyyətinin kimliyi müəyyənləşib.

"Milliyet"-in verdiyi xəbərə görə, ölən 36 nəfərdən 6 nəfərin əcnəbi olduğu dəqiqləşib. Əcnəbilərdən 4-ü Səudiyyə Ərəbistanı, 1-i Ukrayna, 1-i isə İran vətəndaşıdır.

Hələlik ölən iki qadın və iki kişinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Hadisə yerindən 3 nəfərinsə meyitinin müxtəlif hissələri tapılıb. Həmin 3 nəfərin partlayışı törədən terrorçu-kamikadzelər olduğu bildirilir.

Mediainfo.az