4 qardaşın yeganə bacısı itkin düşüb - FOTO- CƏLİLABADDA

4 qardaşın yeganə bacısı itkin düşüb - FOTO- CƏLİLABADDA

29 İyun 2016 11:59
339
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabad rayonunun Göytəpə şəhər sakini Zərifə Xəlilova bildirib ki, dörd qardaşın 1 bacısı olan qızı Xəyalə Xəlilova bir müddət əvvəl yol qəzasına düşməsi nəticəsində ikinci qrup əlil olub. O bu il aprelin 18-də günorta saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.

Zərifə Xəlilovanın sözlərinə görə, qızını görənlər olub. Amma kim tərəfindən hara aparıldığı, yaxud hansı ünvana getdiyi barədə heç bir məlumat yoxdur.

Ana qızının itkin düşməsi ilə bağlı Cəlilabad Rayon Poliş Şöbəsinin Göytəpə şəhər polis bölməsinə məlumat verildiyini bildirib. Polis bölməsi tərəfindən axtarışlar aparılsa da, hələlik Xəyalədən xəbər yoxdur.

Qeyd edək ki, Xəyalə Xəlilova evdən çıxan zaman əynində kül rəngində köynək və şalvar, başında isə qırmızı papaq olub.

Onu görənlərdən xahiş olunur ki, aşağıdakı telefon nömrələrinə zəng vura bilərlər: (051)-348-95-66; (050) 384-28-18; (055) 248-17-33Anchor (apa)

Mediainfo.az