Şırnakda etirazçılarla polis arasında toqquşma olub

Şırnakda etirazçılarla polis arasında toqquşma olub

23 Avqust 2011 17:32
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Şırnak vilayətinin Cizre rayonunda icazəsiz etiraz aksiyası keçirmək istəyən qrupla polis arasında toqquşma olub. 7 polis əməkdaşı yaralanıb. Türkiyə silahlı qüvvələrinin PKK düşərgələrinə qarşı əməliyyatlar keçirməsinə etiraz edən 200-dən çox adam icazəsiz etiraz aksiyası keçirməyə cəhd edib. Etiraz şüarları səsləndirən qrupa polis müdaxilə edib. Etirazçılar polis əməkdaşlarına uzaqdan idarə edilən partlayıcı maddələr atıblar. Polis etirazçıları ərazidən çıxarmaq üçün su şırnaqlarından istifadə etməli olub.

Asayiş keşikçilərinə qarşı asayiş pozuldu.

Tofiq Əliyev

O.M.