Sabirabadda 17 yaşlı oğlan itkin düşüb - Foto

Sabirabadda 17 yaşlı oğlan itkin düşüb - Foto

28 İyun 2016 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabadda 17 yaşlı oğlan itkin düşüb.

Bu barədə apa -ya itkin düşən 17 yaşlı Hüseyn Qorxmaz oğlu Alıhüseynovun qohumları məlumat verib. Məlumata görə, H. Alıhüseynov iyunun 23-də yaşadığı evdən gedib, bir daha geri qayıtmayıb. Hadisə barədə polisə məlumat verilsə də, H. Alıhüseynovu tapmaq hələlik mümkün olmayıb.

Qohumlarının dediyinə görə, H. Alıhüseynov ailənin tək övladıdır.

Onu görənlərdən (050) 625-87-59 nömrəli telefona məlumat vermələri xahiş olunur.

Mediainfo.az