Ölümlə nəticələnən qəza törədən sürücünün məhkəməsi başlayıb

Ölümlə nəticələnən qəza törədən sürücünün məhkəməsi başlayıb

28 İyun 2016 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Bəxtiyar Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 30-na təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 30-da saat 09 radələrində Goranboy rayonunun Rəhimli kəndində rayon sakini Bəxtiyar Eyvazov idarə etdiyi "Renault" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

B.Eyvazovun sərnişini - Bakı şəhər sakini Roman Məmmədov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Mediainfo.az