10 gün əvvəl avtomobillə vurulan şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb

10 gün əvvəl avtomobillə vurulan şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb

28 İyun 2016 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 10 gün əvvəl avtomobillə vurularaq öldürülən şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Xətai rayon Polis İdarəsindən bildirilib ki, ölən piyadanın üstündən hər-hansı sənəd tapılmadığı üçün əməliyyatçılar onun şəxsiyyətini müəyyənləşdirməkdə çətinliklə üzləşib.

Polisdən dünyasını dəyişən şəxsin fotosunu da Apa-ya təqdim ediblər. Bildirilib ki, onu tanıyanlardan (077) 271-16-17 nömrəni telefona məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, məlum hadisə iyunun 18-də Zığ yolunda qeydə alınıb. Avtomobilin vurduğu 45-50 yaşlarında naməlum kişi aldığı xəsarətdən dünyasını dəyişib.

Mediainfo.az