Bərdəlilər deputata görə ayağa qalxdılar

Bərdəlilər deputata görə ayağa qalxdılar

28 İyun 2016 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Parlamentin sonuncu iclasında yaşanan qalmaqal artıq Bərdəyə gəlib çatıb.

Spiker Oqtay Əsədovun deputat Zahid Orucu sərt tənqid etməsi və onu "səviyyəsiz" adlandırması ortalığı qarışdırıb.

Rayondan daxil olan məlumatlara görə, spikerin deputatın sözünü kəsərək, onu "səviyyəsizlikdə" ittiham etməsi Bərdə camaatının ürəyincə olmayıb. Onlar düşünürlər ki, belə bir addımın atılması 200 min əhalisi olan Bərdə üçün təhqirdir.

Sakinlərin verdiyi məlumata görə, Zahid Oruc Bərdənin deputatıdır və onun demokratik yolla seçildiyinə də kimsənin şübhəsi yoxdur. Camaatın dediyinə görə, onların Zahid Oruca səs vermələrinə səbəb parlamentdə camaatın dərdini qaldırmasıdır. Onlar vurğulayırlar ki, Bərdə və bərdəlilərin səsinin Milli Məclisdə kəsilməsi heç də yaxşı hal kimi qiymətləndirilməyib.
Camaatın sözlərinə görə, spiker bununla təkcə Zahid Orucu deyil, onun timsalında bütün bərdəlilər təhqir olunub. Bu səbəbdən də deputatlarını qorumaq üçüq bəzi addımlar atmağa hazırlaşırlar.

Həmin addımlardan biri spikeri məhkəməyə verməkdir. Bununla paralel olaraq Prezidentə müraciət ediləcək. Əgər ciddi zərurət yaranarsa, parlamentin binası qarşısında etiraz aksiyaları təşkil olunacaq". (Politika)

Mediainfo.az