Binəqədi rayonunda bıçaqlanma

Binəqədi rayonunda bıçaqlanma

23 Avqust 2011 16:01
783
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonu ərazisində qanlı hadisə baş verib. Tural Məmmədov mübahisə zəminində Ziya Abbasova qarın nahiyəsindən bıçaqla xəsarət yetirib. Bıçaqlanmaya səbəb mübahisə olub. Mübahisə edən tanışlar söyüşə, daha sonra isə bıçağa əl atıblar. Tural Məmmədov bıçaqla Ziya Abbasovu yaraladıqdan sonra könüllü olaraq Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə gələrək təslim olub.

Mübahisə zamanı söz yağış kimidir, birinci dəfə yağanda bərəkət olur, dördüncü dəfə yağanda fəlakət.

Tofiq Əliyev

O.M.