ABŞ-da qatarla avtomobil toqquşub, 4 uşaq ölüb

ABŞ-da qatarla avtomobil toqquşub, 4 uşaq ölüb

27 İyun 2016 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Kolorado ştatında sərnişin qatarı avtomobillə toqquşub.

apa-nın "NBC News"-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində avtomobildə olan 5 nəfər ölüb. Onlardan 4-ü uşaqdır. Avtomobildə olan bir nəfər sağ qalıb.

İlkin versiyaya əsasən, avtomobilin sürücüsü dəmiryol xəttini keçməyə çatdıra bilməyib və qəza baş verib.

Çikaqodan Los-Anceles istiqamətində hərəkət edən qatarda olan 280 sərnişindən heç biri xəsarət almayıb.

Mediainfo.az