NATO hücumları artırmalıdır

NATO hücumları artırmalıdır

13 Aprel 2011 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa və İngiltərə NATO -nu Liviyada hava hücumlarını artırmağı və Qəddafi tərəfdarlarının bazalarını məhv etməyə çağırıb.

"NATO hava hücumlarını davam etdirsə də, biz bundan razı deyilik. Qəddafi tərəfdarları təqib olunmalıdır" , - deyən Fransanın xarici işlər naziri Alan Juppe NATO fəaliyyətinin zəifliyini tənqid edib. Həmçinin o, bunu NATO yığıncağında da qeyd edəcəyini bildirib.

İngiltərə isə NATO dövlətlərindən qırıcı təyyarələri artırmasını istəyib. Nazir Uilliam Haque İngilis hökumətinin təyyarələrin sayını artırdığını, dünya dövlətlərindən də bunu gözlədiyini bildirib.

Qeyd edək ki, NATO Liviya ərazisində hər gün reydlər keçirərək, iqtidar tərəfdarlarını atəş altında saxlayır.

NATO üçün kimi bombardman etməyin elə də önəmi yoxdur. O, gah dövlət qoşunlarını vurur, gah da müxalifəti vuraraq üzr istəyir. Əsas odur ki, nəyi bombardman etdiyini yaxşı bilir. NATO- nun neft buruqlarını vurduğunu şəxsən mən xatırlamıram.

Elvin Babayev

O.M.