Nəsimi rayonunda zəncirvarı yol qəzası

Nəsimi rayonunda zəncirvarı yol qəzası

23 Avqust 2011 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsimi rayonu ərazisində, Bakı şəhər sakini Babək Nəbiyevin idarə etdiyi "Hyundai XG 350" markalı və naməlum sürücünün idarə etdiyi "Mercedes" markalı (sürücü hadisə yerindən qaçmışdır) avtomaşınlar toqquşmuş, sonradan "Mercedes" markalı avtomaşın yolun kənarında dayanmış, Bakı şəhər sakini Amil Kərimova məxsus "VAZ-21015" markalı avtomaşına dəymişdir. Nəticədə "Hyundai XG 350" markalı avtomaşının sürücüsü B.Nəbiyev hadisə yerində ölmüş, "Mercedes" markalı avtomaşının isə mühərrik hissəsində yanğın baş vermişdir.

Sürücülər yola düşərkən unutmamalıdırlar ki, onların yolunu gözləyən var.

Tofiq Əliyev

O.M.