Türk ordusu 100-ə yaxın PKK terrorçusunu məhv edib

Türk ordusu 100-ə yaxın PKK terrorçusunu məhv edib

23 Avqust 2011 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bir müddətdir İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı açıqlama yayıb. Baş Qərargah 17-22 avqust tarixlərində havadan hərbi təyyarələrlə İraqın şimalında 132 hədəfə, qurudan uzaqvuran toplarla isə 349 hədəfə zərbələr endirildiyini açıqlayıb. Bombardmanlar nəticəsində 90-100 terrorçunun məhv edildiyi müəyyənləşib. Yaralı terrorçuların sayı 80-dən çoxdur. PKK-ya məxsus çoxlu sayda mağara, sığınacaq, bina-tikili, cəbbəxana, nəzarət məntəqələri də dağıdılıb. Baş Qərargah hərbi əməliyyatların davam etdiriləcəyini bildirib.

Terrorçular öldürülsə də terroru öldürmək olmur.

Tofiq Əliyev

O.M.